“İranın nüvə obyektlərinə zərbələr beynəlxalq müqavilələrin təhlükəli pozulmasıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“İranın MAQATE-nin nəzarəti altında olan nüvə obyektlərinə son zərbələr Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn ən təhlükəli pozuntusudur”, – deyə o bildirib.
İyunun 13-də İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Aslan qalxması” əməliyyatına başlayıb. Tehran buna cavab olaraq “Doğru vəd 3” əməliyyatına başlayıb, İsraildəki hərbi obyektlərə hücum edib.
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə, o cümlədən uranın zənginləşdirilməsi üzrə Fordo zavoduna hücum edib.
Əliyar Xəlil
Globalinfo.az