“Belarus və Ermənistanı möhkəm dostluq əlaqələri, ortaq tarix, ənənəvi ailə və xristian dəyərləri bağlayır”.
Globalinfo.az xəbər verir ki, bu, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistan Prezidenti Vaaqn Xaçatryana Müstəqillik Günü ilə bağlı ünvanladığı təbrik məktubunda qeyd olunur.
Lukaşenko Minsk və İrəvanın əməkdaşlığa davam etməli olduğunu deyib:
“Vətəndaşlarımızı Böyük Vətən müharibəsində Qələbə, Spitak zəlzələsinin nəticələrinin birgə qəhrəmanlıqla aradan qaldırılması, inteqrasiya strukturlarında iştirak və sıx işgüzar tərəfdaşlıq birləşdirir. İndiki şəraitdə sağ qalmaq və uğurlu inkişafa davam etmək üçün biz birləşməli və əməkdaşlıq etməliyik. Minsk İrəvanla qarşılıqlı hörmət və konstruktiv dialoqun genişləndirilməsinin tərəfdarı olmağa davam edəcək”.
Qeyd edək ki, Lukaşenkonun Ermənistan Baş naziri Nikol Paşinyanı deyil, Vaaqn Xaçatryanı təbrik etməsi diqqət çəkib.














