ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono ABŞ-nin sülh prosesinə dəstəyini və davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün növbəti həftə ərzində regiona səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən APA-nın sorğusuna cavabında bildrilib.
Bildrilib ki, görüş zamanı Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün görüşlər planlaşdırırlır.
“Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq”, – deyə qeyd olunub.
Qeyd edək ki, Lui Bono Ermənistanda səfərdədir.














