“Liverpul”u məğlub etdi, ilk dəfə Liqa Kubokunu qazandı

“Liverpul”u məğlub etdi, ilk dəfə Liqa Kubokunu qazandı

“Nyukasl” 70 ildən sonra ilk dəfə İngiltərədə kubok qazanıb.

Globalinfo.az xəbər verir ki, komanda Liqa kubokunun finalında “Liverpul”la qarşılaşıb.

Qonaqlar rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb və kubokun qalibi olub.

Qaliblərin qollarını Den Bern (45-ci dəqiqə) və Aleksandr İsak (52) vurub. “Liverpul”un heyətində Federiko Kyeza (90+4) fərqlənib. 51-ci dəqiqədə İsak qol vursa da, hakimin video köməkçisi (VAR) sisteminin müdaxiləsindən sonra qol hesaba alınmayıb.

Qeyd edək ki, “Nyukasl” sonuncu dəfə 1955-ci ildə FA kubokunu qazanmışdı.