Livanda silah anbarında partlayış: xeyli sayda hərbçi həlak oldu

Livanda silah anbarında partlayış: xeyli sayda hərbçi həlak oldu

Livanın cənubundakı Tir şəhəri yaxınlığında silah-sursat anbarındakı partlayış nəticəsində azı 6 hərbçi həyatını itirib.

Globalinfo.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Hizbullaha məxsus silah anbarının sökülməsi üzrə mühəndis əməliyyatı zamanı baş verib.

Anbarın Vadi Zıbqin bölgəsindəki yeraltı sığınacaqda yerləşdiyi bildirilib. Partlayışa İsraillə müharibədən qalan partlamamış sursatlar səbəb olub.

Tahir Turan
Globalinfo.az