İnanılmaz kiberhücum: İran səfiri və azı 2 min nəfər yaralandı – VİDEO

İnanılmaz kiberhücum: İran səfiri və azı 2 min nəfər yaralandı - VİDEO

Beyrutdakı partlayışda İran Livandakı səfiri Moctaba Amani yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, səfir kiberhücum nəticəsində baş vermiş partlayış zamanı xəsarət alıb.

Bildirilib ki, səfir peycerdən istifadə edib.

Səfir Müctəba Əmaninin yüngül xəsarət aldığı və hazırda xəstəxanada müşahidə altında olduğu bildirilir.

Qeyd edək ki, daha əvvəl Hizbullahın qərargahının yerləşdiyi Beyrutun cənubunda rabitə cihazlarının partlaması nəticəsində onlarla yaralının xəstəxanalara yerləşdirildiyi açıqlanmışdı.

Həmçinin İranın Beyrutdakı səfirliyinin daha iki əməkdaşının yaralandığı bildirilir. Hizbullah isə rabitə vasitələrinin partlaması nəticəsində 3 üzvünün öldüyünü bəyan edib. Livanla yanaşı, Suriyada da oxşar hücumun baş verdiyi açıqlanıb.

Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.

İddialara görə, rabitə qurğuları İsrailli hakerlər tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.

Ümumilikdə bənzər hücumda 2 mindən çox insanın yaralandığı bildirilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

İnanılmaz kiberhücum: İran səfiri və azı 2 min nəfər yaralandı - VİDEO