“Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda görüşüb, bir çox məsələdən danışıb”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, danışıqlar zamanı Zəngəzur dəhlizi məsələsinə də toxunulub:
“Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla tək-tək görüşdü. Hər biri ilə yarım saat baş tutan danışıqlarda fikir mübadiləsi aparıldı. Yəqin ki, bu zaman Zəngəzur dəhlizi məsələsi də müzakirə edilib”.
Əliyar Xəlil
Globalinfo.az













