Lənkəranda ağacəkmə aksiyası keçirildi – FOTOLAR

Lənkəranda ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Sentyabrın 26-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH)  təşkilatçılığı ilə Lənkəran şəhəri Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib. 

Globalinfo.az bildirir ki, “Anım Günü” ilə əlaqədar keçirilən tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, habelə yerli xidmət sahələrinin, təşkilat və müəssisələrin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Aksiya zamanı Heydər Əliyev prospekti boyu 250 ədəd sərv cinsli agac əkilib, ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib,taxta dirəklərlə möhkəmləndirilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Lənkəranda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
Lənkəranda ağacəkmə aksiyası keçirildi - FOTOLAR Lənkəranda ağacəkmə aksiyası keçirildi - FOTOLAR Lənkəranda ağacəkmə aksiyası keçirildi - FOTOLAR Lənkəranda ağacəkmə aksiyası keçirildi - FOTOLAR