Lənkəranda 38 yaşlı kişi bıçaqlandı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az “APA”yab istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Lənkəran rayonunun Kərgəlan kənd sakini 1986-cı il təvəllüdlü Rahim Vəliəhəd oğlu İbadov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər ona hər iki çağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası, alının sol payının sıyrığı diaqnozu qoyublar.

Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.