Lavrov gözlənilən sazişin detallarını açıqladı

Lavrov gözlənilən sazişin detallarını açıqladı

“Rusiya ilə İran  arasında yaxın vaxtlarda hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransında  deyib.

Onun sözlərinə görə, saziş tərəflərin regional və qlobal səviyyədə sülh, təhlükəsizlik maraqları naminə müdafiə, həmçinin qarşılıqlı fəaliyyət sahəsində daha sıx əməkdaşlıq etmək istəyini təsdiqləyəcək.