Lavrov BRİKS-in Ukrayna ilə bağlı mövqeyini açıqladı

Lavrov BRİKS-in Ukrayna ilə bağlı mövqeyini açıqladı

İyulun 6-dan 7-dək Rio-de-Janeyroda keçirilən BRİKS sammitinin iştirakçıları Ukraynadakı münaqişənin əsas səbəblərini başa düşdüklərini nümayiş etdiriblər.

Globalinfo.az əbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

“Bəyannamədə və çıxışlarda sammitin bir çox iştirakçıları Ukrayna böhranı ilə bağlı balanslı, obyektiv mövqelər ifadə etdilər və münaqişənin əsas səbəblərini başa düşdüklərini nümayiş etdirdilər”, – Rusiya XİN rəhbəri bildirib .

Lavrov Ukraynadakı münaqişənin səbəblərindən birinə toxunaraq bildirib ki, əsas amillərdən biri Rusiyanın təhlükəsizliyinə Qərbdən yönələn təhdidlərdir. Onun sözlərinə görə, xüsusilə NATO-nun açıq şəkildə Ukraynanı öz təsir dairəsinə cəlb etməyə çalışması və bu ölkə vasitəsilə Rusiya sərhədlərində alyansın hərbi infrastrukturunu yerləşdirmək niyyəti Moskva üçün ciddi narahatlıq doğurub.

Lavrov daha əvvəl bəyan etmişdi ki, Rusiyaya Ukraynadakı münaqişənin nizamlanması lazımdır, nəinki onun Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin bərpası üçün. Eyni zamanda, nazir Moskvanın diplomatik nizamlanmaya hazır olduğunu göstərib.

Tahir Turan 

Globalinfo.az