Kürdəmirdə leysan: fəsadlar törətdi – VİDEO

Kürdəmirdə günün ikinci yarısında başlayan güclü yağışdan sonra sel əmələ gəlib.

Globalinfo.az xəbər verir ki, sel suları şəhərin bir çox küçəsində sürücü və piyadalara çətinlik yaradıb.

Bəzi küçələrdə suyun səviyyəsi artdığı üçün avtomobillərin hərəkəti çətinləşib.

Fərdi evlər, həyətlər və yardımçı tikliləri su basıb.

Vəziyyətlə əlaqəli əraziyə canlı qüvvə və texnika cəlb edilib.