Kürdəmirdə dəhşətli qəza: “Maşın 15 dəfə fırlanaraq aşdı” – TƏFƏRRÜAT / VİDEO

Kürdəmirdə dəhşətli qəza: "Maşın 15 dəfə fırlanaraq aşdı" - TƏFƏRRÜAT / VİDEO

Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, qəza zamanı bir nəfər Pakistan vətəndaşı hadisə yerində dünyasını dəyişib, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə şahidi Nemət Mahmudovun bildirib ki, qəza zamanı arxadakı maşında olub:

“Mən əyləcə basdım, “Toyota Prius” markalı avtomobil isə 15 dəfə fırlanaraq aşdı”.

Qeyd edək ki, qəza nəticəsində ölən sərnişin Pakistan vətəndaşı, 1977-ci il təvəllüdlü Xan Kamran Malikdir.

Xəsarət alanlar isə Göygöl sakini, 1991-ci il təvəllüdlü Ayxan Qabil oğlu Cəfərov və Pakistan vətəndaşı, X.K.Malikin həyat yoldaşı Amin Rabia Pakistanidir.

X.K.Malikin meyiti aidiyyəti üzrə təhvil verilib.

Ətraflı Baku TV-nin süjetində:

Kürdəmirdə dəhşətli qəza: "Maşın 15 dəfə fırlanaraq aşdı" - TƏFƏRRÜAT / VİDEO