Kürdəmirdə ağır qəza: 3 nəfər öldü, yaralanan var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq bir neçə dəfə çevrilərək yol kənarına aşıb.

Qəza zamanı avtomobildə olan üç nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Kürdəmirdə ağır yol qəzasında ölənlərin və xəsarət alanın kimliyi məlum olub.

Bunlar rayonun Cəyli kənd sakinləri Ceyhun Ağanəzər oğlu Xanalıyev, Toğrul Hikmət oğlu Xanalıyev və Süleyman Qarakişi oğlu Əhmədov dünyasını dəyişib.

Əflatun Əflan oğlu Umudov isə ağır bədən xəsarətləri alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.