Kürdəki güclü partlayışın detalları: çox sayda yaralı var və… – VİDEO

Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Globalinfo.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, hadisə ötən gün gecə saatlarında baş verib. Şahidlərin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-cü il təvəllüdlü Ə.Orucov, 2006-cı il təvəllüdlü Sahil Məhərrəmov, 1984-cü il təvəllüdlü İntiqam Kamalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar.

Zərərçəkənlərin bir neçəsi yanıq, bir qismi isə travma və kəsik xəsarətləri alıblar.