Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, agentliyin xəbərdarlığında aprelin 15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyinin aprelin 17-si gündüz saatlarına kimi davam edəcəyi bildirilib.

Məlumata görə, həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.