Kritik durum: Üç ölkə iranlıların hədəfində – Azərbaycan da var

Həmçinin oxuyun:

Ermənistanın mülki infrastruktura ziyan vurması ilə bağlı sənədlər tədqiq olundu

Kritik durum: Üç ölkə iranlıların hədəfində - Azərbaycan da var

İranİsrail arasında bir neçə gündür ki, davam edən gərginlik səngiməyə başlasa da, regionda təhlükəsizliklə bağlı ciddi narahatlıqlar yaranıb. Bu fonda xaricdə yaşayan bəzi azərbaycanlıların və digər ölkə vətəndaşlarının Azərbaycana üz tutması ehtimalı artıb.

Xatırladaq ki, RusiyaUkrayna müharibəsi başlayanda da ölkəyə çoxsaylı rus və ukraynalı gəlmişdi. Ekspertlər bildirirlər ki, bu cür tendensiyalar yerli əmlak bazarında, xüsusilə kirayə mənzil sektorunda canlanma və qiymət artımına səbəb ola bilər.

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, hazırda İranda yaşayan soydaşlarımız dil və mədəni yaxınlığı nəzərə alaraq, Türkiyə, Azərbaycan və Tacikistana üz tuturlar. Atəşkəs davam etməzsə, müharibə uzunmüddətli olarsa, vəziyyət daha da gərginləşə bilər. Lakin hələlik İranda əhali tam təşvişə düşməyib. Daha çox kimya və sənaye şəhərlərində problemlərin yaşanması mümkündür”.

Kritik durum: Üç ölkə iranlıların hədəfində - Azərbaycan da var

Elnur Azadov

Ekspertin fikrincə, miqrantların bir hissəsinin Azərbaycana gələcəyi proqnozlaşdırılsa da, bu, daşınmaz əmlak bazarına böyük təsir göstərməyəcək:

“Ən böyük problem vəsaitin İrandan çıxarılması ilə bağlıdır. Hazırda iki ölkə arasında bank köçürmələri işləmir və insanların maliyyə imkanları məhduddur. Buna görə gələnlərin əksəriyyəti müvəqqəti olaraq kirayə mənzil götürə bilərlər. Bu, bazarda müəyyən hərəkətlilik yaratsa da, ümumi sektora ciddi təsir etməyəcək”.

Zaira Akifqızı
Globalinfo.az