“Ukrayna-Rusiya müharibəsindəki hazırkı durum 3 günə Kiyevi zəbt edib hakimiyyəti dəyişməyi planlaşdıran Rusiya üçün məğlubiyyət hesab olunur”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında “Birlik” Odessa Azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu Ukrayna ordusunun müharibədə qazandığı son hərbi uğurlarla bağlı danışarkən deyib.
O bildirib ki, baş verənlər Rusiya üçün çox acınacaqlıdır:
“Ukrayna ordusu fasilə vermədən irəliləyir. Hətta rəsmi açıqlama verildi ki, Xersonla kifayətlənməyəcəklər. Xerson vilayətinin geri qalan şəhərlərindən Krıma doğru taktiki əməliyyat planları hazırlanır.
Eləcə də Ukrayna Silahlı Qüvvələri və Ukrayna hərbi siyasi hakimiyyəti Şərqi Ukraynanı da gözardı etməyib və artıq Luqansk istiqamətində də həmlə planlarının olması barədə açıqlamalar var”.
Zaira Akifqızı
Globalinfo.az














