Kremldən Ermənistandakı çevriliş cəhdinə reaksiya

Kremldən Ermənistandakı çevriliş cəhdinə reaksiya

“Ermənistanda din xadimləri və müxalifət nümayəndələrinin hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə saxlanması onların daxili işidir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Təbii ki, biz Ermənistanda asayişin qorunmasında maraqlıyıq”, – o əlavə edib.

Qeyd edək ki, iyunun 25-də Ermənistan İstintaq Komitəsi “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı və onun tərəfdaşlarını çevriliş məqsədilə terror aktları hazırlamaqda ittiham edib.

Əliyar Xəlil 
Globalinfo.az