Putin-Zelenski görüşü hansı şəhərdə keçirilə bilər? – Kremldən cavab

Putin-Zelenski görüşü hansı şəhərdə keçirilə bilər? - Kremldən cavab

“Minsk Rusiya və Ukrayna arasında danışıqların baş tutması üçün ən yaxşı yer olardı”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bununla bağlı hələ ki məsələ qaldırılmayıb və müzakirə olmayıb. Amma təbii olaraq Minsk bizim üçün ən yaxşı təklifdir”, – Peskov bildirib.

Qeyd edək ki, bundan öncə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla, həmçinin, Kiyevlə Moskva arasında sülh danışıqları üçün Ukrayna lideri Volodimir Zelenski ilə Minskdə görüşə biləcəyini açıqlayıb. Lukaşenko hər üç ölkənin liderini Belarusa dəvət edib.

Ayşən Mustafa
Globalinfo.az