Kreml böyük prosesə start verdi – 10 ölkə istək siyahısında

Kreml böyük prosesə start verdi – 10 ölkə istək siyahısında

Rusiya Şimali Koreyanın hərbi texnikasına və hərbçilərinə möhtac qalıb”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün baş tutan Şimali Koreya səfərinə münasibət bildirib:

Lavrov Kim Çen In ilə görüşdə Kursk vilayətinin azad edilməsində Şimali Koreya əsgərlərinin roluna görə ona təşəkkür edib. Qeyri-rəsmi məlumatara görə, Rusiya ordusunun Ukraynadakı sursat təminatının təxminən 40 faizi Pxenyandan gəlir. Bu ölkə Moskvaya ballistik raketlər və artilleriya sistemləri göndərib. Rusiya bu yardımın artırılmasını istəyir. Cənubi Koreyanın kəşfiyyat qurumlarının məlumatlarına görə, Şimali Koreya iyul və avqust aylarında Rusiyaya daha çox hərbi texnika və hərbçi göndərəcək”.

Politoloq xatırladıb ki, Lavrov Şimali Koreyadan Çinə gedib:

“İyulun 14-15-də Çinin Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Onlar ŞƏT-in 30 avqustda keçiriləcək zirvə toplantısının gündəliyini müzakirə edəcəklər. Nazirlər sammitə qədər liderlərin imzalayacaqları sazişləri hazırlayacaqlar. Kreml sözügedən qurum üzvlərinin də Rusiyanın siyasətinə dəstəyin artırılmasını arzulayır. Təşkilat ölkələrindən Çin və yeni üzv olan İran Rusiyanı müxtəlif formalarda dəstəkləyirlər.

Ancaq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam edərkən, Pekin və Tehran üçün ciddi problemlər yaranıb. İranın Rusiyaya göndərdiyi dronlar və raketlər ABŞ və Avropa İttifaqının (Aİ) Tehranla münasibətlərini normallaşdırmağa imkan vermir. Çin Rusiyaya birbaşa hərbi texnika göndərmir. Buna baxmayaraq, Rusiya Çindən əldə etdiyi texnologilayalar sayəsində hərbi texnikasını modernləşdirməyə müvəffəq olub”.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının rəsmi olaraq 10 üzv dövləti var. Bunlar Çin, Rusiya Qazaxıstan,Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan, Pakistan, İran, Belarusdur.

Əliyar Xəlil
Globalinfo.az