Koreya lideri ad günü keçirmədi

KXDR lideri Kim Çen İnin ad günü rəsmi bayram olmadığı üçün Şimali Koreyada heç bir xüsusi tədbir keçirilməyib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısının 39 yaşının tamam olduğu güman edilir.

Şimali Koreyanın rəsmi mənbələri Kim Çen İnin 8 yanvar 1982-ci ildə anadan olduğunu bildirir. Lakin onun doğum ilinin 1984 və ya 1983-cü il olması versiyaları da mövcuddur.

Bundan əvvəl Pxenyanın 2023-cü ildə siyasi əhəmiyyətli tarixlərdən birinə həsr oluna biləcək növbəti hərbi parada hazırlaşdığı barədə məlumat yayılıb. Paradın yanvarın 8-də Kim Çen Inın doğum günündə və ya fevralın 8-də Koreya Xalq Ordusunun yaradılmasının 75-ci ildönümündə keçirilə biləcəyi güman edilirdi.

Lakin yanvarın 8-i Şimali Koreyada heç bir parad olmayıb.