sRWvKyFuwDVIqWu4LTELJfZzmKsOojKCgfK4gjzH 825

Konqo Demokratik Respublikasının cənubunda qeyri-qanuni mədənçilərin işlədiyi mis mədəninin bir hissəsi çöküb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Lualaba əyalətinin qubernatoru Fifi Massukinin sözlərinə görə, azı 32 nəfər ölüb. O əlavə edib ki, axtarış-xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı arta bilər.

Qeyd olunur ki, Mədənçilər Assosiasiyası 49 nəfərin öldüyünü və onlarla işçinin itkin düşdüyünü bildirib.

Paylaş: