Konkret.az saytının 5 yaşı tamam oldu

Azərbaycanın öndəgələn saytlarından olan Konkret.az 5 yaşını qeyd edir.

5 il zaman keçməsinə baxmayaraq, özünəməxsusluğu ilə seçilən Konkret.az ölkədə və dünyada baş verən xəbərləri operativ şəkildə dərc edir. Bundan başqa, analitik materiallar, araşdırma, müsahibə və digər janrlarda bir-birindən maraqlı yazılar ilə geniş oxucu kütləsi qazanıb.

Qeyd edək ki, saytın baş redaktoru tanınmış jurnalist Fadil Paşayevdir.

Globalinfo.az kollektivi adından həmkarlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar və bol şans arzu edirik!

Globalinfo.az