Kollec direktoru haqda inanılmaz iddia: küllü miqdarda mənimsəmə – FOTO

Kollec direktoru haqda inanılmaz iddia: küllü miqdarda mənimsəmə - FOTO

UNEC nəzdində Sosial-İqtisadi Kollecinin direktoru Şəhriyar Laçınovla bağlı inanılmaz iddialar irəli sürülüb.

Bu barədə Globalinfo.az-a məlumat daxil olub.

Belə ki, 2024-cü ilin iyul ayında  vəzifəyə başlayan 33 yaşlı Ş.Laçınovun adı büdcə mənimsəmələrində hallanır.

Məlumata görə, sözügedən şəxs ötən il avqust ayında özünə maaşdan əlavə mükafat olaraq 1264 manat, sürücüsünə 812 manat yazıb:

“Mənimsədiyi pulun ümumi məbləği 4986 manat edib. Həmçinin sentyabr ayına da 1264 manat özünə, 812 sürücüsünə qeyd edib və ümumilikdə 4326 manat yazaraq mənimsəyib. Bu proses dekabr ayına qədər davam edib. O, işə başlayandan dekabra qədər mənimsədiyi pulun məbləği 21890 manat olub”.

İddiaya görə, əməkdaşların adlarına yazılan pullar Ş.Laçınovun kartına ödənilib.

Bununla bağlı Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı da paylaşım edib.

O qeyd edib ki, direktorun təyinatının arxasında olanların məsuliyyəti dövlətin qanunları ilə müəyyən olunmalıdır:

“Pedaqoji şurada bəzi təhsil məmurları qısa bir zamanda elə varlanır, elə qudururlar ki, insanları ayaqlayır, təhsil müəssisəsində olduqlarını unudurlar”, fikirimə görə məni həbs etdirmək, işdən çıxarmaq istəyirdilər. İndi isə buna qiymət verin!”.

İddialarla bağlı qarşı tərəfin cavabını işıqlandırmağa hazırıq.

Kollec direktoru haqda inanılmaz iddia: küllü miqdarda mənimsəmə - FOTO Kollec direktoru haqda inanılmaz iddia: küllü miqdarda mənimsəmə - FOTO Kollec direktoru haqda inanılmaz iddia: küllü miqdarda mənimsəmə - FOTO Kollec direktoru haqda inanılmaz iddia: küllü miqdarda mənimsəmə - FOTO Kollec direktoru haqda inanılmaz iddia: küllü miqdarda mənimsəmə - FOTO