Köhnə komandanın Şuşa müharibəsi başladı: Elbrus Orucovun sözləri ortalığı qarışdırdı

Köhnə komandanın Şuşa müharibəsi başladı: Elbrus Orucovun sözləri ortalığı qarışdırdı

Şuşanın 1992-ci ildə hərbi komendantı olmuş Elbrus Orucov tanınmış azərbaycanlı jurnalist, “Haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayevə video müsahibə  verib. O, müsahibəsində Şuşanın işğalı ilə bağlı bəzi məqamlar haqda danışıb və o vaxt vəzifədə olan bir neçə adamın adını çəkib.

Köhnə komandanın Şuşa müharibəsi başladı: Elbrus Orucovun sözləri ortalığı qarışdırdı

Məsələn, o vaxt Azərbaycan Respublikasının daxili işlər naziri olan Tahir Əliyevin Şuşanı müdafiə etməkdən boyun qaçırdığını söyləyib. E.Orucov həm də onu deyib ki, Şuşa mayın 8-i yox, 10-u işğal edilib.

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib ki, həmin verilişə baxıb və Elbrus Orucovun yanaşmasını obyektiv aymır:

“Öncə onu deyim ki, Tahir Əliyevin Şuşanı müdafiə etməkdən boyun qaçırması haqda mənim məlumatım yoxdur. Elbrus Orucov Şuşa şəhərinin müdafiəsinin təşkilində əsas məsuliyyət daşıyan şəxs olub. Onun müxtəlif məhkəmələrdə bu məsələ ilə bağlı çoxlu ifadələri də var. Hətta bildiyim qədər “Dağlar məni səsləyir” adlı kitab yazıb.

Köhnə komandanın Şuşa müharibəsi başladı: Elbrus Orucovun sözləri ortalığı qarışdırdı

Həmin verilişdə başlıq belə qoyulmuşdu: “Ermənilər Şuşanı tutmadılar,  azərbaycanlılar tərk etdilər”. Bu fikir düzgün deyil və zərərli yanaşmadır.

Şuşanın müdafiəsində Azərbaycan tərəfini, hərbçiləri, dövrün hakimiyyət orqanlarını və müxtəlif başqa şəxsləri şəriştəsizlikdə, məsuliyyətsizlikdə ittiham etmək olar, lakin özünü müdafiə etmək naminə bu ifadəni demək düzgün deyil.

Hesab edirəm, belə şeyləri deyərkən maksimum obyektiv olmaq lazımdır. Hər şeyin Elbrus Orucovun üzərinə qoyulmasının da tərəfdarı deyiləm. Çünki uzun illər onun özünü ittiham ediblər. İndi də özü bu metoda əl ataraq kimlərisə ittiham edir. Bu isə obyektiv həqiqət deyil“.

Köhnə komandanın Şuşa müharibəsi başladı: Elbrus Orucovun sözləri ortalığı qarışdırdı

Birinci Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsində iştirak etmiş döyüşçü, əfsanəvi tankçı Albert Aqarunovun döyüş yoldaşı Zaid Nəzarov Globalinfo.az-a açıqlamasında bildirib ki, Elbrus Orucov düz deyir:

“Şuşanı ən son tankçılar, bir də bir neçə nəfər rəsmi şəxs ilə Elbrus Orucov tərk etdi. Şəhərin işğalı mayın 8-i başlasa da 10-u yekunlaşdı.

Tahir Əliyevə gəldikdə, onun Şuşanın işğalındakı günahı haqda nəsə deyə bilmərəm, ancaq bildiyim odur ki, Şuşa işğal edilən zaman Tahir Əliyev Şuşada deyildi, lakin o, mayın 15-i Şuşanı azad etmək üçün əməliyyat hazırladı. Özü də bu əməliyyatda iştirak etdi. Hətta əməliyyat zamanı birinci tankçımız minaya düşdü. Fərrux Abbasov, Nazim Allahverdiyev, Binyamin Məhəmmədov ilk şəhid olan şəxslər idi. Onları çıxartmaq üçün dəstək göndərilsə də onlar da düşmən snayperi tərəfindən vuruldu“.

Köhnə komandanın Şuşa müharibəsi başladı: Elbrus Orucovun sözləri ortalığı qarışdırdı

Turan Rzayev,

Globalinfo.az