Köçəryan anons etdi: “Ermənistana yeni hakimiyyət gələcək”

Köçəryan anons etdi: "Ermənistana yeni hakimiyyət gələcək"

“Ermənistana həm yeni hakimiyyət, həm də müxalifət qüvvələr gələcək”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi strateq Karen Köçəryan deyib.

O bildirib ki, müxtəlif geosiyasi vektorlara malik saytlarda elita yaratmağa çalışırlar.

“Ermənistanda siyasi həyat, siyasi partiyalar və xadimlər yoxdur. Hakimiyyət gündəmi velosiped sürmək və digər başqa şeylərlə zəbt etməyə çalışır. Lakin bu, siyasi gündəm deyil. Əsl siyasi meydanın formalaşdırılması üçün Ermənistanda elitalar formalaşmalıdır. Elita müxtəlif sahələrdən olan peşəkarların daxil olduğu, problemlərin həlli yollarını təklif edən bir cəmiyyət toplusudur. Bu insanlar sonda dövlət elitasında birləşirlər”, – deyə siyasi strateq bildirib.

Köçəryan hesab edir ki, hakimiyyət növbədənkənar seçkilərə hazırlaşır.

“Hakimiyyətin müəyyən stabil elektoratı var. Söhbət 10-11 faiz seçicidən gedir. Eyni zamanda, Ermənistanda çox şeyi qeyri-sabit elektorat (seçicilərin 70-75 faizi) həll edəcək. Əhalinin bu hissəsi İrəvan Ağsaqqallar Şurasına seçkilərə ümumiyyətlə getməyib. İndi biz qərarsız olan və müharibədən sonrakı vəziyyətin şokunu yaşayan bu elektorat üçün çalışmalıyıq”, – deyə Köçəryan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az