“Gürcüstan və Türkiyənin əməkdaşlığı regionda iqtisadiyyat və stabillik üçün vacib əsas yaradır”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Bizim ölkələrin səyləri regionda sülh və stabilliyin təmini üçün vacibdir. İkitərəfli və çoxtərəfli təşəbbüslərimiz iqtisadi artım və regionda stabillik üçün vacib əsas yaradır. Bu imkandan istifadə edərək, Gürcüstan hökumətinin Türkiyə ilə strateji tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirmək istəyirəm”, – o qeyd edib.
Kobaxidze həmçinin Türkiyəyə ərazi bütövlüyü, eləcə də NATO-ya qoşulmaq üçün Tbilisiyə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Əliyar Xəlil
Globalinfo.az














