Klintona gələn sirli məktub – 29 il əvvəlki müharibə xəbərdarlığı

ABŞ-ın keçmiş prezidenti Riçard Nikson 1994-cü ildə Bill Klintona məktubunda Ukraynada müharibə baş verə biləcəyini yazıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

O, məktubunda bildirib ki, Ukraynadakı vəziyyət kifayət qədər təhlükəlidir.

“Əgər orada vəziyyət nəzarətdən çıxsa, Bosniyadakı məsələ “uşaq söhbətinə” çevriləcək”, – R.Nikson deyib və çıxış yolunun olmadığını vurğulayıb.

Tamerlan Yayaqan
Globalinfo.az