Ukrayna NATO-ya üzvlüklə bağlı strateji kursundan imtina etmir.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Rüstəm Umerov deyib.
“Gələcəyimizi NATO-da görürük. Bu, təhlükəsizliyimiz üçün prioritetdir”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ bundan öncə Ukraynanın indiki dönəmdə NATO üzvlüyünə qarşı çıxıb. Vaşinqton həmçinin Rusiya ilə sülh müqaviləsi qarşılığında buna razı olmayacağını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az














