Kiyev-Moskva danışıqlarında Türkiyə detalı: Zelenski şərtini açıqladı

“Kiyev Moskva ilə yalnız vasitəçilərin köməyi ilə danışıqları bərpa etməyə hazırdı”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Həllin tapılacağı model tapmaq olar. Bu model ilk dəfə taxıl dəhlizi məsələsində istifadə edilmişdi. O zaman Rusiya ilə danışıqlar BMT və Türkiyə vasitəsilə aparılırdı. Onlar məsuliyyəti üzərilərinə götürmüşdülər ki, bizimlə danışıqlar aparıb, Rusiya ilə müvafiq razılaşmanı imzalayacaqdılar. Eyni modeli ərazi bütövlüyünə də, energetikaya da, gəmiçiliyə də aid etmək olar. Hazırda bizdə yalnız bu model yoxdur” – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az