Ukraynanın energetika naziri German Qaluşenko azərbaycanlı həmkarı Pərviz Şahbazovla təbii qaz təchizatı imkanlarını müzakirə etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, Azərbaycan Avropaya enerji resurslarının əsas təchizatçılarından biridir.
“Ukrayna təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində əməkdaşlığı genişləndirmək üçün böyük potensial görür”, – Qaluşenko yazıb.
O qeyd edib ki, Azərbaycan qazının tədarük imkanları enerji təchizatının şaxələndirilməsi üzrə Avropa strategiyası çərçivəsində nəzərdən keçirilib.
Əliyar Xəlil
Globalinfo.az














