Fransa polisinin saxladığı “Telegram” sosial platformasının qurucusu Pavel Durov kibercinayətkarlıq və maliyyə hüquqpozmaları sahəsində aparılan araşdırmalar zamanı hüquq mühafizə orqanları ilə əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə Fransa polisindən bildirilib. O, hazırda polis nəzarəti altındadır və barəsində araşdırma davam etdirilir.
Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisin “Le Burje” havalimanında tutulub.














