
İranın Kirman şəhərində qəbiristanlıq yaxınlığında törədilən partlayışlar nəticəsində ölənlərin sayı artıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, partlayışlar nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb:
“Partlayışlar nəticəsində daha iki yaralı ölüb.Hazırda xəstəxanalarda 102 nəfərin müalicəsi davam etdirilir. Onlardan 11-nin vəziyyəti ağırdır”.













