Kirki öldürən şəxsi ölüm cəzası gözləyir – FOTO

Kirki öldürən şəxsi ölüm cəzası gözləyir – FOTO

Yuta prokurorları tanınmış siyasi fəal və Donald Trampın yaxın müttəfiqi Çarli Kirkin qətlində ittiham olunan 22 yaşlı Tayler Robinson barəsində ölüm hökmü tələb edəcəklərini açıqlayıb.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, prokurorlar məhkəməyə təqdim etdikləri sənədlərdə şübhəlinin cinayəti etiraf etdiyi iddia edilən mesajlarını da açıqlayıblar.

İttihama görə, Robinson ötən həftə Yuta Vadisi Universitetinin kampusunda damdan atəş açaraq Kirkin boynunu hədəf alıb və onu bir güllə ilə qətlə yetirib.

Məhkəmə sənədlərinə görə, Robinson cinayət günü otaq yoldaşına mesaj göndərərək kompüterinin altında qeyd qoyduğunu yazıb. Qeyddə isə belə yazılıb: “Mənim Çarli Kirki aradan götürmək imkanım var və bunu edəcəyəm”.

Daha sonra otaq yoldaşı ondan soruşanda “Bunu sən etdin?”, Robinson cavab verib: “Bəli, üzr istəyirəm. Onun nifrətindən bezmişdim.”
Prokurorlar bildirirlər ki, Robinson hücumu bir həftədən çox planlaşdırıb və qətli siyasi motivlə törədib. Cinayət silahının tətik hissəsində Robinsonun DNA izi tapılıb. Robinson qətldən sonra tüfəngi kolların arasına atıb, lakin geri götürə bilmədiyini mesajlarında yazıb.

Valideynləri onu polisə təslim olmağa razı salıblar.

Kirki öldürən şəxsi ölüm cəzası gözləyir – FOTO Kirki öldürən şəxsi ölüm cəzası gözləyir – FOTO Kirki öldürən şəxsi ölüm cəzası gözləyir – FOTO Kirki öldürən şəxsi ölüm cəzası gözləyir – FOTO

Aysel Əliyeva
Globalinfo.az