Şimali Koreyada üzərində ölkə lideri Kim Çen İn və qızı Kim Çjeu Yenin fotoları olan poçt markaları buraxılıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Koreya Poçt Korporasiyası məlumat yayıb.
Markalarda Şimali Koreya lideri və onun qızının ötən ilin noyabrında “Hvason-17” qitələrarası ballistik raketin sınaq buraxılışında çəkilmiş fotoşəkilləri əks olunub.
Qeyd edək ki, bu, Şimali Koreyada ölkə lideri ilə qızının fotoları əks olunan ilk markadır.














