Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş başqanı Kamal Kılıçdaroğlunun əkiz qardaşı Adil Kılıçdaroğlu Balıkəsirdə Burhaniyedə müdir işlədiyi yaşayış kompleksində haqlar üstündə mübahisə zamanı infarkt keçirərək dünyasını dəyişib.
Globalinfo.az lent.az-a istinadən bildirir ki, Balıkesir Böyükşəhər bələdiyyə başçısı Əhməd Akın X hesabında 76 yaşlı Adil Kılıçdaroğlunun ölümü ilə bağlı paylaşım edib.
Akın yazıb: “Keçmiş başqanımız cənab Kamal Kılıçdaroğlunun əkiz qardaşı Adil Kılıçdaroğlunun vəfatını böyük hüznlə öyrəndim. Allah ona rəhmət eləsin, Kılıçdaroğlu ailəsinə, yaxınlarına və onu sevən hər kəsə başsağlığı verirəm. Mekanı cənnət olsun”.
Adil Kılıçdaroğlu













