Keşiş Paşinyanın Bakıya səfərindən danışdı: “Onlar Azərbaycana niyə gedirlər?

Keşiş Paşinyanın Bakıya səfərindən danışdı: "Onlar Azərbaycana niyə gedirlər?

“Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan bir həftəlik fasilədən sonra vətəndaşlarla görüş keçirib.

Globalinfo.az xəbər verir ki, o, “Surb Anna” kilsəsinin həyətində vətəndaşları toplayıb.

“Bu yer milli proqramlarımızın hazırlanması və müzakirəsi üçün əsas platformadır. Bu müzakirələrdə mənəvi Ermənistan doğulacaq”.

Qalstanyan Ermənistan rəhbərinin Bakıya gedə biləcəyini də istisna etməyib.

“Onlar Azərbaycana niyə gedirlər? Özlərini alçaltmaq istəyirlər?”, – deyə keşiş əlavə edib.

Qeyd edək ki, Azərbaycan Ermənistanı COP29 konfransında iştiraka dəvət edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az