Keşiş kartları açdı: “Bakı ilə danışıqlara bu qüvvələr cəlb edilməlidir”

“Beynəlxalq vasitəçilər olmadan Bakı ilə danışıqlar aparmaq doğru deyil”.

Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.

“Bizə Azərbaycanla real danışıqlar lazımdır. Danışıqlar isə vasitəçilərin iştirakı ilə aparılmalıdır”, – Qalstanyan vurğulayıb.

Globalinfo.az xatırladır ki, əslində erməni keşişin arxasındakı qüvvələrin əməlləri onun bu bəyanatında açıq görünür. Onlar Ermənistan-Azərbaycan danışıqlarınına yenidən vasitəçilər qatmaqla prosesi uzatmağa və pozmağa çalışırlar. Eyni zamanda bu, sülhü sobataj etməyə, prosesi zədələməyə, bütövlükdə Cənubi Qafqazda sülh və əminamanlığın əldə olunmasına maneçilik törətməyə xidmət edən bir xəttdir. Bu xəttin arxasında hansı qüvvələrin dayandığı isə bəllidir.

Müşviq Tofiqoğlu
Globalinfo.az