Keşiş Baş prokurora müraciət etdi: Onları həbs etmək lazımdır

Erməni keşiş Baqrat Qalstanyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan və baş prokuror Anna Vardapetyanı ona böhtan atan şəxsləri cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, istefada olan zabitlərlə görüşdən sonra keçirdiyi brifinqdə bildirib.

“Fəaliyyətsiz olanları məhkəməyə vermək lazımdır. Çünki böhtançılar hələ də məsuliyyətə cəlb olunmayıb. Abazyan və Baş prokuror bizi mütləq dinləyir. Onlar böhtana görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”, – Qalstanyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan hökuməti və ətraf dairələr Qalstanyanın Kremlin agenti olması barədə məlumatlar yayırlar. Ona görə də, erməni keşiş aprelin 29-da hüquq mühafizə orqanlarına müraciət edib. Lakin onun müraciəti ilə bağlı heç bir iş başlanmayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az