“Ermənistanın “artsax” üzərində suverenliyinin bərpa olunması üçün əlimdən gələni edəcəyəm”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi Cənubi Kaliforniyada keçirilən bir tədbirdə çıxışı zamanı deyib.
Amerika Erməni Milli Konqresi (ANCA) R.Kennedinin sözlərini rəsmi “X” hesabında paylaşıb.
ANCA prezidentliyə digər namizəd Vivek Ramasvaminin də Ermənistana və separatçılara dəstəyinə yenidən diqqət çəkib.
Sözügedən Konqres həmçinin Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpa olunmasında ABŞ Prezidenti Cozef Bayden və keçmiş prezident Donald Trampı günahlandırıb.
Xatırladaq ki, 1963-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilən keçmiş ABŞ prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi daha öncə də Azərbaycanı ittiham etmiş, Ermənistana dəstəyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az














