“Bağanis, Voskepar və Berkaberdə həyati əhəmiyyətli ərazilər Azərbaycana verildi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.
Deputat İrəvan hökumətinin Azərbaycandan vaxt istədiyini bildirib:
“Kirantsdakı bəzi evlər də Azərbaycana verilib. Dövlətlərarası yolun bir hissəsi həmin kənddən keçir. Kirantsda yerləşən əsas körpü bu yolun üzərindədir. Həmin hissədə demarkasiya prosesini dayandırıblar. Ermənistan tərəfi yolu Açarkut kəndinə keçirmək qərarına gəlib. Bu məsələnin həlli və demarkasiya prosesinə davam etmək üçün Azərbaycandan vaxt istəyiblər”.
Ayşən Mustafa
Globalinfo.az














