Keçmiş prezidentə ölüm cəzası verildi

Keçmiş prezidentə ölüm cəzası verildi

Konqo Demokratik Respublikasının sabiq prezidenti Cozef Kabila hərbi tribunal tərəfindən müharibə cinayətləri, xəyanət və insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək qiyabi şəkildə ölüm cəzasına məhkum edilib.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, Kinşasada keçirilən məhkəməyə sədrlik edən general-leytenant Cozef Mutombo Katalayi Kabilanın qətl, cinsi zorakılıq, işgəncə və üsyana rəhbərlikdə günahkar sayıldığını açıqlayıb.

Hökmlə yanaşı, sabiq prezidentin dövlətə və zərərçəkənlərə ümumilikdə 50 milyard dollara yaxın təzminat ödəməsi də qərara alınıb.

Kabila nə məhkəmədə iştirak edib, nə də hüquqi nümayəndə ilə təmsil olunub. Onun hazırda harada olduğu bilinmir.

Qeyd edək ki, daha əvvəl keçmiş prezident ittihamları rədd edərək məhkəmə sisteminin siyasiləşdirildiyini bildirib.

Ölkəyə 2001–2019-cu illərdə rəhbərlik edən Kabila kütləvi etirazlardan sonra istefa verib.

Aysel Əliyeva
Globalinfo.az