Keçmiş diplomat, fəal Emin İbrahimov saxlanılıb.
Globalinfo.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, onun yaxınlarının bildirdiyinə görə, axşam saatlarında Emin İbrahimov zəng edərək Nizami Polis İdarəsində olduğunu deyib:
“Dedi ki, onu saxlayıblar. Güya adam bıçaqlayıb. Amma özü bunun olmadığını və günahsız olduğunu söylədi”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən də Emin İbrahimovun saxlanması ilə bağlı məlumatı təsdiqləyiblər.
Xidmətdən “Turan”a bildirilib ki, 1981-ci il təvəllüdlü Emin İbrahimovla 1987-ci il təvəllüdlü bir vətəndaş arasında şəxsi zəmində mübahisə yaranıb:
“Nəticədə E.İbrahimov vətəndaşa bıçaqla xəsarət yetirib. E.İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır”.
Emin İbrahimov Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində və başqa qurumlarda çalışıb.
O, ötən il, sentyabrın 20-də də saxlanmışdı. E. İbrahimov onda “ziyanlı informasiya yaymaqda” ittiham olunaraq 30 sutkalıq həbs olunmuşdu. Yaxınları isə onun həbsini müharibə əleyhinə statuslar yazması ilə əlaqələndirmişdilər.














