Kəlbəcərdə “Niva” çaya aşdı, ölən var – FOTOLAR

Kəlbəcərdə “Niva” çaya aşdı, ölən var - FOTOLAR

Fevral 1-də Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub.

Globalinfo.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verilib.

Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbiçinin olduğu “Niva”-da hərbiçi və digər sərnişin F.Hüseynova yaralanıb. Onlar bədənin əzniyi xəsarəti alıb. Sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev isə hadisə zamanı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Zaira Akifqızı

Globalinfo.az 

Kəlbəcərdə “Niva” çaya aşdı, ölən var - FOTOLAR Kəlbəcərdə “Niva” çaya aşdı, ölən var - FOTOLAR Kəlbəcərdə “Niva” çaya aşdı, ölən var - FOTOLAR