“Almaniya kansleri Fridrix Mertz Rusiya Prezidenti Vladimir Putinə təslim olmayacağını və Kiyevə dəstəyi davam etdirəcəyini vəd edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Ukraynanın bərpasına dair Roma konfransında bildirib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskini Berlinin Kiyevə dəstəyinin dəyişməz qalacağına əmin edib.
“Sonda iki mesajım var. Onlardan biri Moskvaya və prezident Putinə ünvanlanıb . Mesaj kifayət qədər sadədir: biz təslim olmayacağıq”, – Mertz vurğulayıb.
Kansler ikinci mesajını Vaşinqtona və ABŞ Prezidenti Donald Trampa ünvanlayıb:
“Avropanın yanında qalın”.
Əliyar Xəlil
Globalinfo.az














