“Zəif bənd” verilişi qayıdır – FOTO

Kamilə Babayeva “Zəif bənd” verilişində aparıcılıq edəcək. 

Globalinfo.az Olay-a istinadən xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib.

Qeyd edək ki, Azərbaycanda veriliş ilk dəfə “Lider TV” tərəfindən 2001-ci ildən yayımlanmağa başlanıb. İlk aparıcısı Kamilə Babayeva olub. 2006–2011-ci illərdə veriliş dayandırılıb.

2011-ci ilin noyabrından veriliş “Lider TV”-də bərpa edilib və yeni aparıcısı Solmaz Süleymanlı olub. 2014-cü ildə isə “Zəif bənd”in yayımı yenidən dayandırılıb.