Kamil Zeynallı buna görə saxlanılıb – Ağlasığmaz iddia

“İdmançı Kamil Zeynallı Rusiyada mübahisəyə qarışdığına görə saxlanılıb”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Sputnik Ermənistan” məlumat yayıb.

Nəşrin məlumatına görə, idmançı 2020-ci ildə Moskvada ermənilərlə mübahisəyə qarışdığına və təhrikedici roluna görə saxlanılıb.

“K.Zeynallı həmin il Rusiyada azərbaycanlılar və ermənilər arasında mübahisə yaradıb, iki tərəfi də buna təhrik edib. O, Rusiyada məhkəmə qarşısına çıxarılacaq”, – məlumatda bildirilib.

Ermənistan mediası iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibədə iştirak edib və guya Qarabağda erməni qocanın boğazını kəsib.

Qeyd edək ki, K.Zeynallı bu gecə Moskvadan Azərbaycana qayıdarkən Domodedova aeroportunda saxlanılıb. İddiaya görə, onu Ermənistanın İnterpola müraciəti əsasında saxlayıblar.

Ayşən Mustafa
Globalinfo.az