XİN-dən Kamil Zeynallının Rusiyada saxlanılmasına reaksiya – VİDEO

Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Nazirlikdən bildirilbi ki, Kamil Zeynallıya müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Əlavə məlumat olarsa bildiriləcək.

***07:45

İdmançı Kamil Zeynallı Rusiyada polis əməkdaşları tərəfindən saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Zeynallı özü videomüraciət yayıb.

İdmançının dediyinə görə, o, “Domodedovo” hava limanında saxlanılıb.

Yerli polis bölməsi əməkdaşları onun Ermənistan tərəfindən axtarışa verildiyini və buna görə də idmançını Ermənistana təhvil verəcəklərini bildiriblər.

Kamil Zeynallı Azərbaycanın dövlət qurumlarından kömək istəyib.

Kamil Zeynallının Rusiyada həbs edilmə anının görüntüləri yayılıb.

Həmin görüntülərdə Kamil Zeynallı dəmir barmaqlılar arasında çamadanını bağladığı kadrları əks olunub.