Kamçatkadakı vulkan 9 km hündürlüyə kül püskürdü

Kamçatkadakı vulkan 9 km hündürlüyə kül püskürdü

Kamçatkadakı (Rusiya) Kronotski vulkanı hündürlüyü 9200 metrə çatan kül püskürüb.

Globalinfo.az xəbər verir ki, kül vulkandan cənub-şərqdəki Kronotski körfəzinə doğru yayılıb.

Məlumata görə, bu ərazidə yaşayış məntəqələri yoxdur.

Qeyd edək ki, vulkanın özünün hündürlüyü 3 528 metrdir.